Millimiz dünya çempionatının bir addımlığında

Millimiz dünya çempionatının bir addımlığında
00:33 14 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Bəxtiyar Hacıyev - Trend:

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü - sonuncu oyununu keçirib.

Trend-in məlumatına görə, meydan sahibi Xorvatiya ilə qarşılaşan millimiz əzmkar mübarizə aparıb - 4:4. Beləliklə, sonuncu oyunda qazanılan 1 xal yığma komandamızı qrupun lideri kimi pley-off mərhələsinə yüksəldib.

Qeyd edək ki, bundan əvvəl futzalçılarımız İsveç yığmasını 8:2, Belarusu isə 7:2 hesabı ilə məğlub etmişdilər.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR