Yerli polisin bildirdiyinə görə, məscidlərin birinin girişində əl qumbarası aşkar edilib. Yoxlamadan sonra onun qumbaranın plastik surəti olduğu müəyyənləşsə də, bu hal həyəcan elan edilməsinə və dindarların məsciddən təcili çıxarılmasına səbəb olub.
Hadisə ilə əlaqədar polis və ABŞ Federal Təhqiqatlar Bürosunun yerli bölməsi istintaq aparır. Onlar bu addımları nifrət aktı kimi qələmə verir.