Hiroşimadakı “Atom evi” zəlzələyə qarşı təmir olunur

Hiroşimadakı “Atom evi” zəlzələyə qarşı təmir olunur
09:58 14 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 14 dekabr, AZƏRTAC
Kyodo agentliyi xəbər verir ki, 1945-ci ilin avqustunda ABŞ təyyarəsi tərəfindən atom hücumuna məruz qalmış Hiroşima şəhərindəki “Atom evi”ni zəlzələyə qarşı möhkəmləndirmək məqsədilə təmir işlərinə başlanılıb.
Təmir işləri zamanı “Atom evi” ilə yanaşı, bu tarixi abidənin yerləşdiyi Sülh xatirə parkının bir hissəsində də seysmik möhkəmləndirmə işləri aparılacaq.
UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş abidədə təmir işlərinin 2016-cı ilin martınadək başa çatdırılması nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hirosimadaki_Atom_evi_zelzeleye_qarsi_temir_olunur-910942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR