Əsgər Abdullayev: "Bu sual çeynənmiş saqqız kimidir"

"Qəbələ" - "Neftçi" (0:1) oyunundan sonra Əsgər Abdullayevin mətbuat konfransı keçirilib.

"Neftçi"nin baş məşqçisi birinci və ikinci hissədə fərqli futbolun oynanıldığını bildirib. Əsgər Abdullayevin mətbuat konfransında səsləndirdiyi fikirləri sizinlə bölüşürük:

"İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik. Buna rəğmən, qələbə hesabını qoruyub saxlaya bildik. 

Komandada qalıb-qalmayacağımla bağlı sual 1 aydır ki, davam edir. Bu sual çeynənmiş saqqız kimidir. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidir. Filyonun əsas heyətdə meydançaya çıxması təsadüfi deyildi. Son məşqlərdə onu daha “diri” gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydançaya buraxdım və sevindirici haldır ki, yanılmadım. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR