Türkiyəyə qarşı sanksiyalara görə Rusiya istehlakçıları ziyan çəkəcəklər

Türkiyəyə qarşı sanksiyalara görə Rusiya istehlakçıları ziyan çəkəcəklər
11:52 14 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyəyə qarşı iqtisadi sanksiyalarından daha çox Rusiya istehlakçıları ziyan çəkəcəklər.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Millət vəkili qeyd edib ki, Rusiya KİV-lərində Türkiyənin kənd təsərrüfatı məhsullarına qoyulan sanksiyalardan sonra onlar Rusiyaya Azərbaycan vasitəsilə axmağa başlayacaq. Guya burada türk məhsullarını yenidən qablaşdırıb, markasının adını dəyişib, saxta sertifikatlarla öz məhsulu kimi rüsumsuz Rusiyaya gətirəcəklər. 

R.Musabəyov hesab edir ki, əlbəttə, bunu tam istisna etmək olmaz. Lakin daha real görünən başqa sxem var:

"Ehtimal ki, Rusiyanın qadağalarından sonra türk məhsullarının qiyməti kifayət qədər aşağı düşəcək və o, Azərbaycan və Mərkəzi Asiya bazarlarında böyük yer tutacaq. Bu ölkələrdən qanuni əsaslarla Rusiya istehlakçılarına daha keyfiyyətli və bahalı meyvə-tərəvəz təqdim edilə bilər, özü də əvvəlkindən daha çox həcmdə. Bunun nəticəsində türk istehsalçıları öz itkilərini azalda bilər. Azərbaycan və Mərkəzi Asiya ölkələri istehsalçıları isə bundan udacaq. Rusiya istehlakçıları isə bundan uduzacaq. Çünki onlar xiyar, pomidor, nar, alma, üzüm, bibər və s. almaq üçün daha çox pul verməli olacaqlar".

Sitrus meyvələrinə, yəni narıngi, portağal və limona gəlincə, politoloqun fikrincə, burada eyni sxemi tətbiq etmək çətin olacaq. Burada abxazlar daha çox fəal ola bilərlər. Əgər ödəmə qabiliyyətli tələbat varsa, o, mütləq təmin ediləcək:

"Bazarların və istehlakçıların reaksiyası siyasətçilərin impulsiv-emosional qərarlarına nisbətən daha rasional, səmərəli olur".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR