Abşeron rayonunda külli miqdarda aksiz markasız spirtli içkilər aşkar edilərək götürülüb

13:33 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Xırdalan, 14 dekabr, AZƏRTAC 
Abşeron rayonunda külli miqdarda aksiz markasız spirtli içkilər aşkar edilərək götürülüb.
Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilov AZƏRTAC-a bildirib ki, idarəyə aksiz markasız spirtli içkilərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Bununla əlaqədar Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə Azərbaycan vətəndaşı Şükürov Adil Famil oğluna məxsus “FORD TRANSİT YÜK” markalı, “50-DA-058” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi gənclər şəhərciyi”nin ərazisində saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerindən Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Stolichnaya vodka”, “Stolichnaya sever”, “Beluga transatlantic” araqları aşkar edilərək götürülüb.
Faktla bağlı Aksiz Baş Gömrük İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR