İndoneziyada gəmi qəzası: dörd nəfər ölüb, 10 nəfər itkin düşüb

İndoneziyada gəmi qəzası: dörd nəfər ölüb, 10 nəfər itkin düşüb
14:18 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Borneo adasının İndoneziyaya aid hissəsində Kapuas çayında gəminin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb. Bu barədə məlumat ölkənin fövqəladə xidmətindən verilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, göyərtəsində 53 nəfərin olduğu gəmi dekabrın 13-də çevrilib. Çayda 4 nəfərin – 3 qadının və azyaşlı uşağın cəsədi aşkarlanıb. İtkin düşənlərin axtarışı hələ ki, heç bir nəticə verməyib. Onların arasında 3-5 yaşlı uşaqların da olduğu bildirilir.
Gəmidə olan digər sərnişinlər və heyət üzvləri xilas edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziyada_gemi_qezasi_dord_nefer_olub_10_nefer_itkin_dusub-911048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR