Xristo Stoiçkov Qazaxıstan millisinin baş məşqçisi ola bilər

Xristo Stoiçkov Qazaxıstan millisinin baş məşqçisi ola bilər
14:52 14 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT,AZ/ Bolqarıstan yığmasının sabiq futbolçusu Xristo Stoiçkov Qazaxıstan millisinə baş məşqçi təyin oluna bilər. "Report"un "Tema Sport"a istinadən verdiyi məlumata görə, onun yeni vəzifədə Yuriy Krasnojanı əvəzləyəcəyi bildirilir.
49 yaşlı mütəxəssis hazırda Mayamidə yaşayır və Meksika televiziyalarının birində ekspert kimi fəaliyyət göstərir. Stoiçkov futbolçu kimi "Barselona" (İspaniya), "Parma" (İtaliya), MOİK (Sofiya, Bolqarıstan) və bir çox klublarda çıxış edib. Bu müddət ərzində bir çox çempionluqlar yaşayıb.
Qeyd edək ki, Stoiçkov baş məşqçi karyerası ərzində İspaniyanın "Selta", Bolqarıstanın "Liteks", MOİK (Sofiya) klublarında çalışıb. O, bir müddət Bolqarıstan yığmasının da baş məşqçisi olub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/sabiq-bolqaristanli-qazaxistan-millisinin-bas-mesqcisi-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR