"British Airways" ilə ingilis üslubunda Milad bayramı

"British Airways" ilə ingilis üslubunda Milad bayramı
15:18 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Milad bayramı doğma insanlara sevinc bəxş etmək və onlarla xoşbəxtliyi paylaşmaq üçün ən uyğun zamandır. Bayram mövsümündə səyahətdə olanlar üçün “British Airways” aviaşirkətinin evi sayılan Hitrou hava limanının 5-ci Terminalında çoxsaylı mağazalar geniş çeşidlər təqdim edir.

5-ci Terminalda “Harrods”, “Tiffany & Co.”, “Fortnum & Mason”, “Mulberry”, “Rolex”, “Dixons” və “World Duty Free” kimi tanınmış brendlərin mağazaları xidmət göstərir ki, bu da uçuş öncəsi özünüzə və ya sevdiyiniz insana özəl hədiyyə almaq üçün ideal bir məkandır. Cari ildə Londonun Hitrou hava limanının bütün terminallarında hədiyyənin seçimi, qablaşdırılması və daşınması məsələlərində səyahətçilərə yardımçı olan xüsusi “Gift Angels” (“Hədiyyə mələkləri”ni) görmək olar.

Əgər sizə bayram günlərini Böyük Britaniyada keçirmək xoşbəxtliyi nəsib olubsa, o zaman bu dövrün Londona səyahət etmək üçün ən möhtəşəm bir vaxt olduğuna əmin olacaqsınız. Burada Harri Potterin sehrli dünyasından Temza çayı sahilində buz meydançasınadək ailənizlə birgə maraqlı vaxt keçirməyinizə şərait yaradacaq saysız əyləncələr mövcuddur.

“British Airways”in kiçik yardımçıları dekabr ayında Londonda turistlərin baş çəkə biləcəyi yerlərin və əyləncələrin siyahısını tərtib edib:

“Coca-Cola London Eye” çarxının yanında konkisürmə
Londonun ən məşhur əyləncə yerlərindən biri sayılan “London Eye” çarxına baş çəkməklə “Eyeskate” açıq hava meydançasında da bir neçə dövrə həyata keçirə bilərsiniz. Sözügedən attraksion xüsusi olaraq bayram ərəfəsində təqdim olunub və burada qonaqlar 45 dəqiqəlik sessiya sifariş edə bilərlər. 2016-cı il yanvarın 3-dək fəaliyyət göstərəcək buz meydançası saat 10:00-dan 21:00-dək xidmət göstərəcək və https://www.londoneye.com saytında öncədən sifariş etmək mümkündür.

Qarlı Hoqvartsda möcüzəli anlar yaşayın
“Warner Bros. Studio Tour London - The Making of Harry Potter” komandası sehrli çubuğu hərəkət etdirməklə Harri Potterin möcüzəli dünyasını əsl qış ab-havasına qərq edib. Burada siz Harri Potter haqqında filmlərin səhnəarxası məqamları, rekvizitləri və dekorasiyaları, o cümlədən Milad süfrəsi ilə bəzədilmiş Böyük zalı canlı olaraq görə bilərsiniz. Filmdən bizə tanış olan qəsrin tam modeli bütünlüklə qara bürünüb. Sifarişinizi britishairways.com saytı vasitəsilə və ya buradan edə bilərsiniz.

Ənənəvi Milad pantomimasını qaçırmayın
Pantomima tamaşaları əsrlər boyu Britaniyanın Milad və Yeni il bayramlarının ənənələrinin mühüm hissəsini təşkil edib. Londonda olarkən belə bir tamaşaya bilet almaq imkanınız olarsa bu fürsəti əldən verməyin. Pantomima adətən məşhurların iştirakı ilə ölkəboyu keçirilən komediya janrında olan musiqili tamaşalardı. Londonda siz “Hackney Empire” ziyarət edərək 2016-cı il yanvarın 3-dək nümayiş olunacaq “Jack and the Bean Stalk” tamaşasını izləyə bilərsiniz.

Temza üzərində Milad süfrəsindən zövq alın
Dünyaca məşhur Temza çayı ilə dəbdəbəli kruiz səfərində gözəl mənzərələri izləyərək ənənəvi Britaniya Milad hindtoyuğunun dadından zövq ala bilərsiniz. Qrinviç istiqamətində və geriyə 3 saat 15 dəqiqə davam edən səfər ərzində ləziz təamlar və içkilərdən dada bilərsiniz.

Serpantin gölündə üzmək fürsəti!
1864-cü ildən etibarən hər Milad günü hava durumundan asılı olmayaraq Serpantin Üzgüçülük Klubunun üzvləri Hayd-parkda yerləşən Serpantin gölünün buzlu sularına baş vuraraq ənənəvi 100 yardlıq məsafədə yarışda iştirak edirlər. Yarış Piter Pen kuboku adını daşıyır. Mülayim şəraitdə iştirakçıların mübarizəsini kənardan izləmək daha əyləncəlidir.

Trafalqard meydanında Milad yolkasının ətrafında möcüzə
1947-ci ildən etibarən Trafalqard meydanındakı Milad ağacı Norveçin Oslo şəhərinin sakinlərinin britaniyalılara İkinci Dünya Müharibəsində dəstəyə görə ənənəvi hədiyyəsidir. Yolka Norveç stilində 500 çıl-çiraqla bəzədilib və məhz bu ağacın yanında dekabr və yanvar ayının əvvəlində bayram mahnıları oxunur və xeyriyyəçilik məqsədilə vəsait toplanılır.

“Royal Opera House”da “Şelkunçik”
“Şelkunçik” – cavan bir qızın sehrli hədiyyəsi onun macərasını nə cür cəzb etməsini əks etdirən klassik Milad baletidir. Çaykovskinin musiqisi sədaları ilə müşayiət olunan bu Milad nağılı heç kimi laqeyd qoymayacaq. Biletləri öncədən sifariş etmək lazımdır: http://www.roh.org.uk/

Ziyarətçilər həmçinin “The Langham”da nahar sonrası “ənənəvi Şelkunçik” çayının dadına da baxa bilərlər – xüsusi bayram təklifi ilə internet səhifəsində tanış olmaq mümkündür: http://www.langhamhotels.com

Bayram zamanı İngiltərə paytaxtının sehrinin hiss etmək üçün bu il Santa Klausla havaya qalxın və “British Airways”in aviareyslərindən yararlanın.

Sərnişinlər “British Airways” vasitəsilə reysləri, hotelləri və avtomobil icarəsini sifariş edərək və ya Böyük Britaniyaya səfər zamanı birdən artıq yeri ziyarət edərək “fly-drive” səyahətini təşkil edərək əlavə pul məbləğini qənaət etmiş olarlar. Hava limanı şəhərin mərkəzindən, o cümlədən tanınmış dükanlar və məşhur ziyarət yerlərindən qatarla bir neçə dəqiqəlik məsafədə yerləşir ki, sözügedən dükan və ziyarət yerlərində “British Airways”in sərnişinlərinə xüsusi endirimlər təklif edir.

Daha ətraflı məlumat üçün aviaşirkətin internet səhifəsinə daxil olun: http://www.britishairways.com/en-ch/destinations/london/london-discounts

“British Airways” haqqında:

∙ “British Airways” 9-u İngiltərə, 97 Avropa və 82 dünyanın digər istiqamətlərinə olmaqla 188 istiqamətdə uçuşlar həyata keçirir
∙ Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
∙ Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
∙ Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
∙ “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
∙ “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
∙ “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2469317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR