Latviya Rusiya sərhədində divar tikir

Latviya Rusiya sərhədində divar tikir
21:01 14 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Latviya - Rusiya sərhədinin üçdə bir hissəsi maneələrin köməyi ilə hasara alınacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Latviyanın sərhəd xidmətinin nümayəndəsi Yevgeniya Poznyak bildirib.

Onun sözlərinə görə, sərhədin yenidənqurulması üzrə layihə 2015-ci ildə hazırlanıb və artıq bu gündən hasarın tikintisinə başlanıb. "Hasar müəyyən yerlərdə lazımlıdır, bu təxminən 90 kilometrdən 270 kilometr ərazini əhatə edəcək. Bu sərhədin kəsişməsində təhlükəsizlik, həmçinin zolağı lazımlı texnikayla təchiz etməyə kömək edəcək”, - Yevgeniya Poznyak qeyd edib. Latviya Rusiyayla sərhəd zolağının quruluşuna 17,5 milyon avro xərcləmək niyyətindədir.


Rusiya - Latviya sərhədi

Onun sözlərinə görə, 2015-ci ildə sərhədi qeyri-leqal keçmək cəhdlərinin miqdarı əhəmiyyətli dərəcədə artıb. "Keçən il ərzində biz 144 insanı saxladıq və bu ildə onların miqdarı artıq 500-ə yaxınlaşır. Yəni üçqat artım haqqında söhbət gedir. Xüsusilə, onların arasında vyetnamlılar üstünlük təşkil edir", - deyə sərhəd müdafiəsinin nümayəndəsi qeyd edib.



Daha əvvəl Iatviya tərəfində qeyri-qanunilərin yerləşdirilməsi və onların vətəninə göndərilməsiylə bağlı problemlər yaranırdı. Yevgeniya Poznyakın sözlərinə görə, artıq ölkədə mühacirlərin qaytarılmasının sürətləndirilmiş proseduru mövcuddur. Bir müddət əvvəl Latviya siyasətçiləri bir neçə dəfə Ukrayna böhranının fonunda xüsusi aktuallığı artmış Rusiya sərhədinin yenidən qurulması məsələsində lənglik göstərdiyi üçün Daxili İşlər Nazirliyini tənqid etmişdilər.


Rusiya - Latviya sərhədi xəritədə

Qeyd edək ki,bir müddət əvvəl Türkiyə terror hücumlarından qorunmaq üçün Suriya ilə sərhədə beton divar çəkməyə başlayıb. Türkiyə İŞİD terror qruplaşmasının nəzarətində olan ərazilərlə sərhədini beton divarla səddə alacaq. Bu maneə bu ərazilərdən İŞİD və digər terror təşkilatlarının Türkiyəyə keçmənin qarşısını alacaq. Beton bloklardan ibarət sədd Suriya ilə həmsərhəd olan Kilis və Qaziantep əyalətlərində tikilir. Uzunluğu 82 kilometr olan səddin hündürlüyü 4 metr olacaq.


Sərhədə çəkilən beton səddlər.

Miqrantlara görə avqustun ortalarında Suriya ilə həmsərhəd olan Türkiyə şəhəri Reyhanlıda da beton maneənin tikintisinə başlanılıb. Türkiyənin Hatay vilayətinin Reyhanlı ərazisində inşa olunan səddin artıq xeyli hissəsi çəkilib. Səddin eni 2 metr, hündürlüyü isə 3 metrdir. Beton sədd sərhəd boyunca 8 km ərazini əhatə edəcək. Yerli rəhbərlik işlərin qısa müddətdə tamamlanacağını bildirib. Bundan əlavə Türkiyə Silahlı Qüvvələri İŞİD və digər terror təşkilatlarının Suriya ilə sərhəddən Türkiyə ərazisinə keçməyinə qarşı 2 milyard lirəlik mühafizə layihəsi hazırlayıb. Bu layihədə beton divar, gözətçi qüllələri, bütün sərhəd boyu avtomobillərlə nəzarət üçün asfalt yol, gücləndirilmiş qəfəs telləri, projektorlar, pilotsuz təyyarələrlə havadan, zirehli maşınlarla isə qurudan nəzarət olunması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR