Qəbələdə gənclər peşə seçimi ilə bağlı maarifləndirilib

Qəbələdə gənclər peşə seçimi ilə bağlı maarifləndirilib
08:03 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 15 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələdə “Gənclərin məşğulluğunun səmərəli təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının müəyyənləşdirilməsi, onlara gələcək ixtisas seçimində kömək göstərilməsi məqsədilə keçirilən tədbirdə rayon təhsil şöbəsinin, məşğulluq mərkəzinin nümayəndələri, işəgötürənlər, müəllimlər, yuxarı sinif şagirdləri iştirak ediblər.
Rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov əmək bazarında olan mövcud vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, işaxtaran vətəndaşlara mərkəzdə göstərilən xidmətlər barədə ətraflı məlumat verib, eyni zamanda, gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşə seçiminin mühüm rol oynadığını bildirib. Bu ilin 11 ayı ərzində rayonun 17 tam orta məktəbinin IX-XI sinif şagirdlərindən 1445 nəfərin peşəyönümlü məsləhətlərə cəlb olunduğunu vurğulayan Elxan Səlimov bunun işsizliyin aradan qaldırılmasına verəcəyi töhfələrdən bəhs edib.
Tədbirdə çıxış edən mütəxəssislər gənclərin peşəyə meyil və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin əhəmiyyətindən danışıblar. Şagirdlərə peşə və peşəyönümünə dair əyani vəsaitlər paylanılıb və onların sualları cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelede_gencler_pese_sechimi_ile_bagli_maariflendirilib-911255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR