"Afina gecələri" tamaşasının premyerası olacaq

"Afina gecələri" tamaşasının premyerası olacaq
11:11 15 Dekabr 2015
16 Şou
Ölkə mətbuatı
A- A+

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Pyotr Qladilinin pyesi əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası olacaq.

Teatrdan Axşam.az-a verilən məlumata görə, tamaşa 2016-cı il yanvarın 17-də nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir. Geyim üzrə rəssam Olqa Abbasovadır.

Tamaşada əsas rolları xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Nataliya Şarovski, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov ifa edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR