Sidneydəki “Lindt” kafesində terror aktı nəticəsində həlak olanların xatirəsi anılıb

Sidneydəki “Lindt” kafesində terror aktı nəticəsində həlak olanların xatirəsi anılıb
13:58 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Kanberra, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Sidneyin mərkəzindəki “Lindt” kafesində bir il bundan əvvəl törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi anılıb. Bir il əvvəl terrorçu Haron Monis Martin Pleys meydanındakı kafeyə daxil olaraq 18 nəfəri girov götürmüşüdü. Polisin cani ilə danışıqları 17 saatdan çox davam etmişdi. Nəticədə polisin kafeyə hücumu zamanı H.Monis öldürülmüş və girovlardan ikisi – kafenin meneceri Tori Conson və vəkil Katrina Douson həlak olmuşdu. Avstraliya hökuməti Sidneyin mərkəzində insanların girov götürülməsini terror aktı adlandırmışdı.
Əsas anım mərasimi axşam saatlarında keçirilib. Meydanda təşkil edilmiş matəm mitinqində əllərində yanan şamlar tutmuş insanlar dayanıb, bir dəqiqəlik sükut elan olunub. Kafenin yerləşdiyi binanın divarında işıq şousu göstərilib. Burada quraşdırılmış monitorda isə bir il əvvəl avstraliyalıların Martin Pleys meydanına terror qurbanlarının xatirəsinə gətirdiyi çiçəklərlə örtülmüş ərazinin görüntüsü nümayiş olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR