Azərbaycanda fərdi xidmətlər göstərən şəxslər vergi ödəyəcəklər

14:03 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Vergilər Nazirlyi fərdi xidmətlər göstərən şəxslərdən vergi tutulması mexanizmlərini hazırlayır. Trend-in məlumatına görə, bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov jurnalistlərə deyib.

N.Əmirov bildirib ki, biz dayələrin, repetitorların, ustaların və digər şəxslərin göstərdikləri xidmətlərdən hansı formada vergi tutulacağını müzakirə edirik: "Bu, patentlər, sadələşdirilmiş bəyannamə və s. ola bilər. Bu sahədə beynəlxalq təcrübə öyrənilir və yekun qərar hələ qəbul edilməyib".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR