Yeni il ərəfəsində sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

Yeni il ərəfəsində sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq
14:43 15 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, Elvin Camalov, AZƏRTAC
Yeni il ərəfəsində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək.
Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarlara bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_il_erefesinde_sernisin_qatarlarina_elave_vaqonlar_qosulacaq-911365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR