​Rusiya təyyarələri Türkiyənin hava sahəsində uçuşlara başlayıb

​Rusiya təyyarələri Türkiyənin hava sahəsində uçuşlara başlayıb
15:12 15 Dekabr 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın "An-30B" tipli təyyarəsi Türkiyənin hava sahəsində müşahidə uçuşu etməyə başlayıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Atom Riskini Azaltma Mərkəzinin sədir Sergey Rıjkov bildirib.
Onun sözlərinə görə, kəşfiyyat uçuşları dekabrın 18-dək davam edəcək. Mərkəz rəhbəri qeyd edib ki, təyyarə Türkiyənin qərbindən, Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəkliyində uçacaq: "Bu uçuş Türkiyə tərəfin müəyyən etdiyi marşrut istiqamətində həyata keçiriləcək. Bu uçuşlarda Türkiyənin uyğun qurumlarının rəsmiləri də işitrak edəcək".
Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət "Açıq Hava Sahəsi Müqaviləsi"ni imzalayıb. Rusiya bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-teyyareleri-turkiyenin-hava-sahesinde-ucuslara-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR