Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində irəliləyib

18:08 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Futzal üzrə yığma komandaların yeni beynəlxalq reytinq siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış edən Azərbaycan millisi reytinqdə iki pillə irəliləməyə nail olub. Belə ki, komandamız 13-cü pillədən 11-ə yüksəlib. Komandamızın hesabında hazırda 1388 reytinq xalı var.
Avropa çempionatının final mərhələsindəki rəqiblərimiz İtaliya 4-cü (1687 xal), Çexiya millisi isə 17-cidir (1321).
Reytinq cədvəlinə 1923 xalla İspaniya millisi liderlik edir. Braziliya millisi 1909 xalla ikinci, Rusiya komandası isə 1752 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futzal_uzre_Azerbaycan_millisi_beynelxalq_reytinq_cedvelinde_irelileyib-911482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR