​Lənkəran Dövlət Universiteti və ATU-da monitorinqlər keçirilib

​Lənkəran Dövlət Universiteti və ATU-da monitorinqlər keçirilib
21:02 15 Dekabr 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasının müdiri Əyyub Kərimov Lənkəran Dövlət Universiteti və Azərbaycan Tibb Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqini aparıb.
Bu barədə məlumat "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) verilib.
Əyyub Kərimov Lənkəran Dövlət Universitetində fənnin tədris edildiyi 150 tələbəyə “Multikulturalizm, fərqli modellər, növlər, siyasətlər” mövzusunda mühazirə oxuyub.
Eyni zamanda, Əyyub Kərimov Azərbaycan Tibb Universitetinin İctimai Elmlər kafedrasının müəllimi Fəridə Qəniyevanın “Multikulturalizmə giriş” fənni üzrə “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı”(rus bölməsində) mövzusunda məşğələ dərsinin monitorinqini aparıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/lenkaran-dovlet-universitetinde-ve-atu-da-monitorinqler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR