​Belçika parlamentinin türk əsilli deputatı partiyadan çıxarılıb

​Belçika parlamentinin türk əsilli deputatı partiyadan çıxarılıb
15:17 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Mahinur Özdəmir 1915-ci ildə Osmanlı dövlətindəki hadisəni "soyqırım" adlandırmaqdan imtina edib

Belçika parlamentinin türk əsilli deputatı Mahinur Özdemir Demokratik Humanist Mərkəz Partiyası (DHMP) üzvlüyündən çıxarılıb.
Milli.Az "report"a istinadən xəbər verir ki, bu haqda İstanbulda çıxan erməni dilli qəzet məlumat yayıb.
Məlumata görə, 1915-ci ildə Osmanlı dövlətindəki hadisəni "soyqırım" adlandırmaqdan imtina etdiyi üçün partiyanın Etika Komissiyası Mahinur Özdəmirin təşkilatdan çıxarılması haqda qərar qəbul edib.
Qeyd edək ki, bu ilin yazında onun partiya sıralarından çıxarılması haqda qərar qəbul edilmişdi. Ancaq sonradan məsələyə DHMP-nin etkia komitəsi də baxıb.
Mahinur Özdəmir bildirib ki, söz və fikir azadlığı var və bu hüquqdan istifadə edib: "Mən də bu hüquqlarımdan istifadə edərək, 1915-ci il hadisələrinin "soyırım"la heç bir əlaqəsinin olmadığını demişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR