"Ağcabədi Aqrotexservis"in qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib

"Ağcabədi Aqrotexservis"in qiymətli kağızları Bakı Fond Birjasında listinqə daxil edilib
16:43 16 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Ağcabədi Aqrotexservis" ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 800 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 2 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAgcabedi_Aqrotexservis_quotin_qiymetli_kagizlari_Baki_Fond_Birjasinda_listinqe_daxil_edilib-911742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR