Qazax rayonu yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Qazax rayonu yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
17:03 16 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle nəzarət ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazax_rayonu_yaxinligindaki_qosunlarin_temas_xettinde_kechirilen_monitorinq_insidentsiz_basa_chatib-911755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR