Dieqo Simeone "Çelsi"nin baş məşqçisi ola bilər

"Çelsi"nin baş məşqçisi Joze Mourinyonun istefaya göndəriləcəyi gözlənilir.

Artıq onu əvəz edə biləcək məşqçilərin adları da məlum olub. Metbuat.az "The Telegraph"a istinadən xəbər verir ki, "zadəganlar"ın baş məşqçi postu mövsüm sonuna kimi Qus Hiddinkə həvalə olunacaq. İlin tamamında isə "Çelsi" rəhbərliyi "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə təklif göndərəcək. Argentinalı mütəxəssis "mavilər"in bir nömrəli namizədidi.

Son məlumatlara görə, "Çelsi" növbəti oyunda da xal itkisi ilə üzləşsə, Mourinyo komandadan göndəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR