Ukraynanın “Dnepr” klubu Avrokubok oyunlarından 3 mövsum kənarlaşdırıla bilər.
ANS PRESS-in məlumatına görə, bu “Dnepr” klubunun 2016-cı ilin 31 yanvarına kimi borclarını ödəyə bilməyəcəyi təqdirdə baş verə bilər. Bu barədə UEFA-nın rəsmi saytı xəbər verib.
Qərar klubların maliyyə nəzarəti üzrə UEFA İnstansiyası Arbitraj palatası tərəfindən qəbul olunub.
Avropa liqasında "Dnepr" klubu bu mövsum G qrupunda çıxış edib. Komanda 7 xal toplayaraq qrup üçüncüsü kimi turnirdə mübarizəni dayandırıb.
"Dnepr"in çıxış etdiyi qrup.
Avropa liqasında ötən mövsum “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” turnirin finalçısı olub. Komanda İspaniyanım “Sevilya” klubuna 3:2 hesabı ilə məğlub olub.
"Dnepr" - "Sevilya" 2-3
3 il bundan əvvəl Hollandiyanın “Tvente" klubu Avrokubok yarışmalarından kənarlaşdırıb.