Milli.Az goal.az-a istinadən xəbər verir ki, Xosep Qvardiola "Bayern Münhen"in rəhbərliyinə müqaviləsinin müddətini uzatmaq fikrində olmadığını bildirib. Çalışdırıcının sözləşməsi 2016-cı ilin yayında bitir. Münhen klubu mütəxəssisə illik 20 milyon avro maaş ödəməyə hazır olsa da, Qvardiola ayrılmağı üstün tutub. Baş məşqçinin yeni mövsümdən etibarən "Mançester Siti"də işləyəcəyi deyilir.
Artıq "Bayern Münhen" yeni baş məşqçi axtarışlarına başlayıb. Namizədlər arasında Yoahim Lövün adı var.
Xatırladaq ki, daha əvvəl Almaniya təmsilçisinin Karlo Ançelottiylə centlmen razılaşması əldə etdiyi deyilirdi.
Milli.Az