Yığmamızın baş məşqçisinə UEFA-dan təyinat

21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşçisi Patrisiya Qonzales UEFA-dan təyinat alıb.

2016-cı ilin may ayında Portuqaliyada 16 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq UEFA İnkişaf turnirində Patrisiya Qonzales UEFA-nın texniki müşahidəçisi funksiyasını icra edəcək.

Turnirdə Portuqaliya, İspaniya, Belçika və Türkiyə yığmaları mübarizə aparacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR