Rusiyadan Türkiyəyə 12 milyardlıq zərbə (FOTO)

Rusiyadan Türkiyəyə 12 milyardlıq zərbə (FOTO)
17:56 17 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın tətbiq etdiyi sanksiyalar Türkiyəyə milyardlarla dollar ziyan vuracak.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın "BGC" şirkətinin hesablamalarına görə, Rusiyanın tətbiq etdiyi sanksiyalardan sonra Türkiyə iqtisadiyyatı 12 milyard dollar itirəcək. Türkiyə hakimiyyəti isə bu itkinin 9 milyard dollar civarında olacağını söyləyir.

"BGC" şirkəti “Rusiyadan sevgisiz” adlı məruzəsində Rusiyanın tətbiq etiyi sanksiyalrın ziyanlarından bəhs edib.



Hələ sanksiyalar tətbiq edilməzdən əvvəl Rusiya iqtisadiyyatındakı problemlərdən dolayı, 2014-cü ilə nisbətən 2015-ci ilin son 9 ayında rusiyalı turistlərin Türkiyəyə gəlişində 19% azalma müşahidə edilirdi.

London iqtisadi araşdırmalar şirkəti Capital Economics isə, Türkiyənin sanksiyalardan 2016-cı ildə itkilərinin 4-4.5 milyard olacağını proqnozlaşdırır.

Türkiyə öz iqtisadi itkilərini, miqrant probleminin həllinə kömək edəcəyi təqdirdə, Avropa İttifaqından əldə edəcəyi maddi yardımla kompensasiya edə bilər.

24 noyabr tarixində Rusiyaya məxsus təyyarənin Türkiyə-Suriya sərhəddində vurulmasından sonra iki ölkə arsında vəziyyət gərginləşib. Bundan sonra Rusiya Türkiyəyə iqtisadi sanksiyalar tətbiq edib

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR