Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb

18:03 17 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əsəd Jose Jater Pena ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Kolumbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyi vurğulanıb.
Əsəd Jose Jater Pena diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Əsəd Jose Jater Penaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kolumbiyanin_Azerbaycandaki_muveqqeti_isler_vekilinin_diplomatik_fealiyyeti_basa_chatib-912145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR