“Elektron hökumət” portalında yeniliklər tətbiq olunub

“Elektron hökumət” portalında yeniliklər tətbiq olunub
02:18 18 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
“Elektron hökumət” portalında iki yenilik tətbiq olunub.
AZƏRTAC portala istinadla xəbər verir ki, bu yeniliklərdən biri kod/parolla girişdə virtual klaviaturanın yerləşdirilməsidir. İstifadəçi kompyuterinin klaviaturasından istifadə etmədən asanlıqla, təhlükəsiz kod/parolu daxil edə bilər. Bu funksionallıq adətən kompyuterdə ola biləcək hər hansı casus proqramın (KeyLogger) klaviaturadan daxil edilən məlumatları əldə etməsinin qarşısını almaq üçün istifadə olunur.
Bundan əlavə, portalın istifadəçi məlumatları hissəsində “məlumatları yenilə” düyməsi əlavə edilib. Bu düymə istifadəçinin şəxsi kabinetindəki şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatlarında hər hansı dəyişiklik olduğu təqdirdə, sistem vasitəsilə avtomatik yenilənməni təmin edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_hokumet_portalinda_yenilikler_tetbiq_olunub-912263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR