“Su-24”-ün “qara qutusu"nun oxunulması ilə bağlı brifinq keçiriləcək

“Su-24”-ün “qara qutusu"nun oxunulması ilə bağlı brifinq keçiriləcək
05:04 18 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Müdafiə Nazirliyi  Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindənn vurulan “SU-24” bombardmançı  təyyarəsinin “qara qutusunun” oxunulması ilə bağlı brifinq keçirəcək.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

“Dekabrın 18-də saat 10.00-da (Bakl vaxtı ilə 11.00-da) Dövlətlərarası Aviasiya Komitəsində Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin noyabrın 24-də Suriyada Türkiyəyə məxsus qırıcı təyyarə tərəfindən vurulan Rusiyanın “Su-24M” təyyarəsinin “qara qutuları”nın oxunulması proseduruna başlanılması ilə əlaqədar brifinq keçirəcəklər”, deyə məlumatda bildirib.     

 

Türkiyə tərəfi Rusiya təyyarəsini ölkənin hava məkanını pozduğuna görə vurduğunu iddia edir. Rusiya tərəfi isə təyyarənin Türkiyə sərhədini pozmadığını və Suriya hava məkanında vurulduğunu iddia edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR