Türkiyədə ağır döyüşlər: 30 ölü (FOTO)

Türkiyədə ağır döyüşlər: 30 ölü (FOTO)
07:46 18 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub-qərbində aktiv hərbi əməliyyatlar gedir. ANS PRESS-in məlumatına görə, son iki gündə təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı apardığı əməliyyatlar nəticəsində öldürülən döyüşçülərin sayı 30 nəfərə çatıb, külli miqdarda odlu silah və partlayıcı maddələr müsadirə olunub.

İraqla sərhəd yaxınlığında yerləşən Cizrə və Silopi şəhərlərində təhlükəsizliyin qorunması üçün minlərlə polis və əsgər bölgəyə səfərbər olunub. Yerli sakinlər komendant saatı və gedən döyüşlərdən bezdiklərini, sülh istədiklərini bildirir. Bir çox sakinlər döyüşlərlə əlaqədar yaşadıqları evləri tərk edib və daha təhlükəsiz rayonlara köçüb.



Təxminən 2 min xüsusi təyantlı polislə 1000-ə yaxın xüsusi təyinatlı jandarma qüvvələrinin həyata keçirdiyi son əməliyyatda terrorçular 1500 kilometr əraziyə sıxışdırılıb. Silopi şəhərində mühasirəyə alınan terrorççuların sayı 400-dür. Şəhərin Başak, Barbaros, Nuh və Cudi məhəllələrində terrorçularla şiddətli döyüşlər gedir.

Əməliyyatlarda pilotsuz uçan aparatlar və "Kobra" helikopterlərindən də istifadə edilir. Genişmiqyaslı əməliyyatları 14 generalın idarə etdiyi bildirilir. Diyarbəkir vilayətinin Sur, Mardin vilayətinin Nusaybin və Dargeçit və Şırnak vilayətlərinin isə Silopi və Cizrə rayonlarındakı döyüş əməliyyatlarına 3 general-leytenant, 3 general-mayor, 8 tuğgeneral (Briqadir) və 26 polkovnik yaxından nəzarət edir. Bölgəyə 10 əsgər yeribilib və 5 min əlavə əsgər qüvvəsi də göndərilicək.



Türkiyə baş naziri Əhməd Davudoğlu bundan əvvəl etdiyi çıxışlarda bölgənin terrorçulardan tam təmizləndiyi vaxta qədər Kürd Fəhlə Partiyasına qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb.Türkiyə höküməti ilə PKK arasında atəşkəs, həbsdə olan Abdullah Öcalanın çağırışından sonra yalnız 2 il davam edib.

Türkiyənin bu bölgəsində vəziyyət bu il iyulun 20-də Şanlıurfa vilayətinin Suruç rayonunda 33 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra gərginləşib. Terror aktından sonra ölkənin cənub-qərbində terrorçular polis və hərbçilərə qarşı hücumlar həyata keçirməyə başladı. Qanlı hücumların məsuliyyətini PKK öz üzərinə götürdü.



Son 4 ay ərzində PKK terrorçuları 180-dən çox polis, hərbçi və dinc sakini qətlə yetirib. İyulun 24-dən isə Türkiyə Hərbi Hava Qüvvəllərinin qırıcıları ölkənin cənub-qərbində və İraqın şimalında PKK-nın mövqelərini bombardman edir.

Döyüş əməliyyatlarından digər fotolar








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR