Görkəmli pianoçu Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi

Görkəmli pianoçu Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi
21:18 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 18-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri çıxış edib.
Gecədə, həmçinin Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə, habelə Həqiqət Məhərrəmova, Əfqan Salayev və başqalarının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Təqdim olunan musiqi nömrələri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Nigar Usubova 1914-cü il mayın 2-də Qazax rayonunun Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət Sənaye İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O,1952-ci ildən ömrünün sonunadək konservatoriyada işləyib. Burada fortepiano kafedrasının dosenti, kafedra müdiri, tədris-elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. N.Usubova 1995-ci il sentyabrın 15-də Bakıda vəfat edib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorkemli_pianochu_Nigar_Usubovanin_100_illiyine_hesr_olunmus_xatire_gecesi-912560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR