Avtoqəza baş verib, 3 nəfər yaralanıb

Avtoqəza baş verib, 3 nəfər yaralanıb
23:22 18 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə xəsarətlə nəticələnən avtoqəza baş verib. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 22 radələrində Göygöl rayonundan Mollacəlilli kəndinə gedən yolda baş verib.

Mollacəlilli kənd sakini Azər adlı şəxsin idarə etdiyi "VAZ 2106" markalı avtomobil traktorla toqquşub. Qəza zamanı sürücü ilə yanaşı avtomobildə olan 21 yaşlı Mənsur Əsgərov və 18 yaşlı Şahmar Abdıyev yaralanıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər sərnişinlərin vəziyyətinin orta-ağır, sürücünün vəziyyətinin isə ağır olduğunu bildirirlər. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR