Neft yenə ucuzlaşdı

Neft yenə ucuzlaşdı
06:06 19 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin bir bareli dünya bazarlarında ötən gün 37,22 dollara satılırdısa, bu gün bir az da ucuzlaşaraq 36.88 dollar olub.

“Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə 34 dollara yaxınlaşır.

Belə ki, “Texas” (WTI) markalı neftin bareli ötən gün 34.85 dollara idisə, bu gün 34.55 dollardır.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar ucuzlaşaraq 37,76 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti ötən gün 1 qram üçün 33.90 dollar təşkil edirdisə, bu gün 34,35 dollar olub. Gümüşün qiymətində isə 1 qram üçün 0.45 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Azərbaycan manatının məzənnəsində avro və dollara qarşı dəyişiklik olmayıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0499 AZN təşkil edib. 1 avro isə ucuzlaşaraq 1.1394 AZN-ə dəyişdirilir. Rusiya və Türkiyə valyutasında isə rubl ucuzlaşıb - 1 rubl 0.0148 AZN, 1 Türk lirəsi isə bahalaşıb - 0,3583 AZN.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:


Mənbə: Mərkəzi Bank

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR