Ölkədə baş verən daşqınlar nəticəsində 35 nəfər öldü

Ölkədə baş verən daşqınlar nəticəsində 35 nəfər öldü
11:11 19 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Filippində dasqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb.

ANS PRESS-in məlumatına görə, bir neçə gündür yağan leysan yağışları ölkədə inanılmaz vəziyyət yaradıb. Bu barədə Xarici KİV-lər məlumat yayır.

Əlverişsiz hava şəraiti səbəbindən Filippinin prezidenti Beniqno Akinoya ölkədə fövqəladə vəziyyət elan edib.

Təbii fəlakətin ən güclü zərbəsi arxipelaqın cənubunda yerləşən Mindanao və Visay adalarına düşüb. Sinoptiklər, həmçinin, gün ərzində hava şəraitinin daha da pisləşməsini proqnozlaşdırır.


Filippin, Mindanao və Visay


Leysan yağışlarına səbəb "Nona" adlı qasırğanın bu həftənin əvvəllərindən Filippin ərazisində tüğyan etməsidir. Daşqın təhlükəsi üzündən Filippinin mərkəzi rayonlarından ən azı 800 min sakin evakuasiya edilib. Bundan başqa, bir çox rayonlarda elektrik təchizatı pozulub, milyonlarla adam işıqsız qalıb.

Hər il təxminən 7 min adadan ibarət olan Filippin ərazisində 27-ə qədər tufan və fırtına hadisəsi baş verir. Ən güclü qasırğa 2013-cü ildə qeydə alınıb ki, bu zaman təbii fəlakət 6 mindən çox insanın həyatına son qoyub. Bundan başqa, bu fəlakət nəticəsində 10 min yaşayış məntəqəsi və 12 milyon əhali zərər çəkib.


Filippində daşqından əziyyət çəkən insanlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR