"Sürpriz olmasına çalışıram, ona görə də bu barədə geniş danışmaq istəməzdim".
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov yeni çəkildiyi "Ölülər 21-ci əsr" filmi haqda danışarkən deyib. O, filmdə müğənni rolunu canlandıracağını bildirib:
"Tahir İmanov məni yeni çəkdiyi filminə dəvət edib, orada mən də çəkilmişəm. Elə öz obrazımı -müğənni İzzəti canlandırıram. Filmdə bir ara Tahir İmanov mənim yerimə keçir və bununla da bir-birindən maraqlı hadisələr başlayır. Filmin nə zaman təqdim olunacağı haqda dəqiq məlumatım yoxdur. Amma təxminlərimə görə, gələn ilin ilk aylarında hazır olacaq".
Qeyd edək ki, Tahir İmanovun "Ölülər 21-ci əsr" adlı filminin çəkilişləri bu yay Qəbələdə aparılıb.
Milli.Az