Böyük ədib Hüseyn Cavid anılıb

Böyük ədib Hüseyn Cavid anılıb
13:33 19 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş “Cavid ömrü” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, daha çox dramaturq kimi tanınan Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verilib. Belə ki, ədəbiyyatımızın nadir inciləri sayılan Hüseyn Cavid əsərlərində insan ləyaqətinə inam, yüksək ülvi duyğuların tərənnümünün əsas məziyyət kimi meydana çıxması, tarixi mövzuya müasir mövqedən yanaşma və dramatik əsərə fəlsəfi mahiyyət gətirəbilmə bacarığı, mövhumat və xurafat, əqidə və zehniyyətdə olan puçluğun, saxtalığın üzərində qələbə, özünəməxsus dialoqlara malik şeirlərində lirik vəziyyətin gözəl ifadə olunması barədə fikirlər səsləndirilib.
Sonra böyük ədibin “Ana”, “Topal Teymur”, “Şeyx Sənan”, “Afət”, “İblis” əsərlərindən səhnəciklər nümayiş olunub, “Qız məktəbində” və digər şeirləri səsləndirilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_edib_Huseyn_Cavid_anilib-912649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR