Türkiyə hərbçilərinin vurduğu Rusiyaya məxsus təyyarənin canlı yayımda açılan qara qutusunun yaddaş kartının zədələndiyi məlum olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi Su-24 təyyarəsinin qara qutusunu canlı yayımda açıb.
Lakin ilk araşdırmalarda qara qutunun zədələndiyi üzə çıxıb. 16 çipdən ibarət yaddaş kartının 3 çipi tamamilə zədələnib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Su-24 təyyarəsi 40 dəqiqə uçuşda olub.
Milli.Az