Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb

Azərbaycanlı fotoqraf Parisdə keçirilən sərgidə iki qızıl medala layiq görülüb
08:48 20 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 20 dekabr, AZƏRTAC 
Dekabrın 19-da Parisdə, Luvr Muzeyinin Karusel salonunda SNBA fotosərgisinin mükafatlandırma mərasimi keçirilib.
Bu il Azərbaycanı SNBA-da beş fotosu ilə təmsil edən gənc fotoqraf Maya Bağırova sərginin “Fotoqrafiya” nominasiyasında üç mükafata layiq görülüb.
Onun “Tənhalıq” və “Çöl gülləri” fotoları SNBA-nın və bu təşkilatın dəvətli münsiflər heyətinin “Fotoqrafiya” nominasiyasının iki qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.
Azərbaycanlı gənc fotoqraf ilk dəfə idi ki, bu sərgidə iştirak edirdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_fotoqraf_Parisde_kechirilen_sergide_iki_qizil_medala_layiq_gorulub-912783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR