Türkiyə baş naziri Əhəd Davudoğlunun Qaziantep səfəri zamanı maraqlı hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, Əhməd Davudoğlu səfər çərçivəsində bir konqresə qatılıb. Platformaya çıxan baş nazir şəhər sakinlərini salamlayıb.
Bu zaman baş nazirin fotolarını çəkməyə çalışan fotoqraf canfəşanlıq etməyə başlayıb. Davudoğlunun şəkillərinə çəkərkən arxa-arxaya gedən fotoqrafın ayağı yerdəki maneəyə ilişib və o, qəfildən yıxılıb.
Mühafizələrin köməyi ilə ayağa duran fotoqraf işinə davam edib.
Fotoqrafın yerə düşmə anı kameraların obyektivindən yayınmayıb.
Həmin maraqlı anı sizə təqdim edirik: