Rəssamlıq Akademiyasında fotosərgi açılacaq

Rəssamlıq Akademiyasında fotosərgi açılacaq
16:13 20 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Zövq” adlı sərgi açılacaq. Sərgidə mövzu etibarilə sərbəst və fotoqrafiyanın bütün janrlarını əhatə edən şəkillər sərgilənəcək.
AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyası ADRA-nın müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun tələbələrinin və həvəskar rəssamların çəkdiyi şəkillərdən ibarətdir. Yüzdən artıq bədii fotoqrafiya nümunəsinin nümayiş olunacağı sərgi dekabrın 25-dək davam edəcək.
Bu günədək Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Tahir Məmmədovun tələbələrinin “İşıq” və “Zövq” adlı fotosərgisi keçirilib. Artıq ənənəvi hal alan bu sərginin əvvəlkilərdən üstünlüyü ondan ibarətdir ki, fotoqrafiya sahəsində çalışan gənclərin maraq obyekti olan mövzulara daha çox diqqət yetirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR