Roman Qriqorçuk daha bir il "Qəbələ"də

Roman Qriqorçuk daha bir il "Qəbələ"də
18:47 20 Dekabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. 


Əvvəlki müqaviləsi 2015/16 mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016/17 mövsümünün sonunda başa çatacaq.


Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014/15 mövsümündə Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015/16 mövsümümdə Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-roman-qriqorcuk-daha-bir-il-quotqblquotd-t46285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR