İspaniya məhkəməsi dünyaca məşhur britaniyalı aktyor Şon Konnerinin arvadını, 86 yaşlı Mişlin Rokbryunu həbs etməyə hazırlaşır.
M.Rokbryun daşınmaz əmlak əməliyyatlarından əldə etdiyi gəlirlərə görə vergi ödəməməkdə suçlanır.
Milli.Az European-a istinadən bildirir ki, məhkəmə M.Rokbryuna qarşı irəli sürülmüş ittihamları təsdiqləyərsə, onda onu 22 milyon dollar məbləğində cərimə və 2 il müddətinə həbs gözləyir.
İspaniya prokurorluğundan verilən məlumata görə, M.Rokbryun 1998-ci ildə Marbelya şəhərindəki "Malibu" villasını satdığı pullardan vergi ödəməyib. İstintaqın fikrincə, Rokbryun gəlirlərini gizlətmək üçün vəkillərlə sövdələşib.
Sonucda İspaniya xəzinəsinə 8 milyon dollarlıq ziyan dəyib.
M.Rokbryun bütün ittihamları rədd edib.
Şon Konnerinin xanımı hazırda Baham adalarında yaşayır.
Məhkəmə prosesi İspaniyanın Malaqa şəhərində keçiriləcək.
Milli.Az


