Bakı, 21 dekabr, AZƏRTAC
"TuranBank" və "Guevoura Fund LTD" arasında mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 2,2 milyon dollar həcmində kredit sazişi imzalanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, sazişə əsasən, "Guevoura Fund LTD" nəzərdə tutulan öhdəliklərin və digər aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün öz səlahiyyətlərini "GLS Alternative Investments" şirkətinə ötürür və icraçı olaraq bu qurumu təyin edir. Fondun əsas fəaliyyət istiqaməti müştərilərə vəsaitlərin və investisiya fəaliyyətinin idarə olunması kimi maliyyə xidmətləri göstərilməsi, mikro maliyyə layihələrinin maliyyələşdirilməsidir.
Qeyd edək ki, bu saziş "TuranBank"ın "Guevoura Fondu" ilə imzaladığı sayca ikinci sazişdir. Fond bankın mikromaliyyə portfelini genişləndirmək məqsədilə 3 il müddətinə 5 milyon ABŞ dolları həcmində maliyyə resursu ayırmışdı.