"Toshiba" şirkəti 6800 nəfəri ixtisara salacaq

"Toshiba" şirkəti 6800 nəfəri ixtisara salacaq
12:02 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Yaponiya şirkəti "Toshiba" məişət elektronikası sahəsində çalışan işçilərindən 6800 nəfəri ixtisara salacaq.
"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, ixtisar personalın yenidən bölüşdürülməsi və işçilərin erkən təqaüdə göndərilməsi hesabına ediləcək.
Qeyd edək ki, "Toshiba" şirkəti cari maliyyə ilində (2016-cı il martın 31-də başa çatacaq) təxminən 4,5 milyard dollar məbləğində zərərə qatlaşacağını proqnozlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR