Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycanda mülayim hava şəraiti davam edəcək
12:53 21 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR