"Formula-1"in saytı Azərbaycan xəritəsi ilə bağlı səhvi aradan qaldırıb

"Formula-1"in saytı Azərbaycan xəritəsi ilə bağlı səhvi aradan qaldırıb
15:37 21 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ "Formula-1"in rəsmi saytı "Report" agentliyinin müraciətindən sonra Azərbaycanın xəritəsi ilə bağlı yol verdiyi səhvi aradan qaldırıb.
"Report" xəbər verir ki, 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran-Prisinin biletləri satışa çıxarıldıqdan sonra "Formula-1"in saytı Azərbaycan haqqında məlumat yerləşdirmişdi. Həmin məlumatda ölkənin özəllikləri və görməli yerləri qeyd edilsə də, nədənsə Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisi kimi göstərilməmişdi.
"Report" agentliyinin sayta müraciətindən sonra yanlışlıq aradan qaldırılıb.


Xəbərin orijinal ünvanı: http://report.az/komanda/formula-1-in-sayti-azerbaycan-xeritesi-ile-bagli-sehvi-aradan-qaldirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR