Bakıda köhnə ünvan, yeni konsept

Bakıda köhnə ünvan, yeni konsept
15:56 21 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Kapital Bankın müasir dizaynda əsaslı təmir olunmuş “Mərkəz” filialının açılışı olub.

ANS PRESS-in məlumatına görə, açılış mərasimində iştirak edən Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib ki, bu, 2015-ci ildə yeni konseptdə təmir olunmuş sayca altıncı filialdır. Daha geniş və müasir interyeri ilə seçilən məkanda vətəndaşların rahatlığı üçün bütün məqamlar nəzərə alınıb. Müştərilərin bank xidmətlərindən rahat istifadə etmələri məqsədi ilə filialda sensor ekranla təchiz edilmiş elektron növbəlilik aparatı və növbə haqqında məlumatların əks edildiyi monitorlar quraşdırılıb.

Növbəni tənzimləməklə yanaşı, bu sistem vasitəsilə banka gələn ziyarətçilərin sayını öyrənmək və statistik təhlil aparmaq mümkündür. Bazaya daxil edilən məlumatların təhlili, öz növbəsində, xidmət səviyyəsini və işin effektivliyini daha da yüksəltməyə imkan yaradır.

Filialın yeni konseptdə və müasir dizaynda təmir olunması bankın filial şəbəkəsinin transformasiyası strategiyasına uyğun olaraq həyata keçirilib.


"Mərkəz" filialının açılış mərasimi


Geniş bank xidmətlərinin təklif olunduğu filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunub. "Korporativ müştərilərə fərdi yanaşma təklif olunaraq, onlara ayrı əməliyyat zalında fərdi xidmət göstəriləcək. Bundan başqa, filial daxilində həftənin bütün günləri 24 saat xidmət göstərən ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini həyata keçirə bilərlər”, -deyə Kapital Bankın Filial Şəbəkəsinin İdarə edilməsi departamentinin direktoru Ramil İmamov bildirib.

Filialda müştərilərə kassa hesablaşma əməliyyatları, plastik kartların sifarişi, kredit və depozit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla, bütün bank xidmətləri göstərilir.


Qeyd edək ki, təmir işləri ilə əlaqədar “Mərkəz” filialı müvəqqəti olaraq Xan Şuşinski küçəsi18 ünvanında fəaliyyət göstərib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR