F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illiyi qeyd olunacaq

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illiyi qeyd olunacaq
16:53 21 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illiyi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kitabxana fəaliyyət göstərdiyi 50 il ərzində ölkəmizdə uşaq ədəbiyyatının təbliği, uşaqlarda mütaliə vərdişlərinin yüksəlməsi üçün müstəsna xidmətlər göstərib.
1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılan F.Köçərli adına Respublika Uşaq Kitabxanası, hazırda respublikamızda fəaliyyət göstərən uşaq kitabxanaları üzrə elmi-metodiki mərkəz funksiyasını yerinə yetirir.
Beynəlxalq Uşaq Kitabı Şurasının üzvü olan F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən gənc nəslin hərtərəfli inkişaf etməsi və kamilləşməsi, uşaqlarda vətənpərvərlik hisslərinin daha da güclənməsi, təhsilə marağın artırılması məqsədilə “Göy qurşağı” adlı uşaq jurnalı təsis edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FKocherli_adina_Respublika_Usaq_Kitabxanasinin_50_illiyi_qeyd_olunacaq-912971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR