“Qarabağ” klubu Rahid Əmirquliyevi heyətinə cəlb edib

“Qarabağ” klubu Rahid Əmirquliyevi heyətinə cəlb edib
09:58 22 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
“Qarabağ” futbol klubu 2015-2016-ci il mövsümün fasiləsində ilk transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, qış fasiləsi başlar-başlamaz komanda sıralarına yeni futbolçu qatıb. “Qarabağ” Azərbaycan millisinin üzvü Rahid Əmirquliyev ilə 2,5 illik müqavilə imzalayıb.
Qusar futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçinin son klubu “Xəzər-Lənkəran” olub.
Futbolçu yanvarın 5-də toplaşacaq komandanın sıralarına qoşulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR