"Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində növbəti təlim (FOTO)

"Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində növbəti təlim (FOTO)
10:28 22 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

19 dekabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca on ikinci təlim keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, dekabr laboratoriyası “Yer kürəsi və yeni il”ə həsr olunub və buna uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a planetimiz haqqında maraqlı faktlar, Yer kürəsinin daxili qatları, Yer səthində baş verən vulkan, zəlzələ və s. kimi təbii proseslər barədə geniş məlumat verilib, eləcə də ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması və bəzədilməsi yolları izah olunub.

Təlimin gedişində uşaqlar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, müxtəlif materiallardan istifadə etməklə “Yeni il” mövzusuna uyğun “sənət əsərləri” hazırlayıblar.

Dekabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, kiçik yaşlarından geoloji biliklərə sahib olmaları baxımından da əlamətdar olub.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xüsusi Yeni il hədiyyələri təqdim edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayından start verilmiş “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib və il ərzində ümumilikdə, 200-dən çox uşaq laboratoriyamızın qonağı olub.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR